Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Əzablara son qoyan nöqtələr - Onları necə tapmalı?

  • 2018.03.05 14:24
  • 36730 Baxış
Əzablara son qoyan nöqtələr -  Onları necə tapmalı?
Xalq təbabətində ən çox istifadə olunan müalicə üsullarından biri də masajdır.


Medicina.az xəbər verir ki, masajın müxtəlif növləri olsa da, nöqtə masajı bunların içərisində xüsusi diqqət çəkir. 


Çin nöqtə masajı - əsas xüsusiyyətləri və üstünlükləri


Nöqtə masajının (akupressura) minillik tarixi var. Xalq təbabətində bu üsulun müalicə metodu kimi tanınması 18 - ci əsrə təsadüf edir. Hələ qədim zamanlarda təbiblər insan orqanizminə ətraf aləmlə bağlı bir sistem kimi baxırdılar. Əgər insan xəstələnirdisə, bunu  təkcə onun orqanizminin daxilində baş verən  pozğunluqla deyil, bunu həm də onu əhatə edən mühitlə də əlaqələndirirdilər. Ona görə də müalicə üçün orqanizmin həm daxili, həm də xarici harmoniyasını bərpa etmək lazımdır. Bu məsələnin həlli, insan orqanizmində daxili orqanlarla əlaqəli olan xüsusi nöqtələrin kəşfi ilə mümkün oldu. Bundan başqa, bu nöqtələr imkan verdi ki, xəstəlikdən qurtarmaq üçün xarici enerjidən istifadə olunsun.

 

Похожее изображение


Müasir nöqtə masajının əsasında da "Həyat enerjisi"nin sirkulyasiyası - dövriyyəsi prinsipi durur. Bioloji aktiv nöqtələrə (BAN) təsir etmək  barmaqlar və ya fırça ilə həyata keçirilir. Nəticədə, orqanlar və ya orqanlar sisteminin enerji tarazlığı bərpa olunur, əzələ və əsəb gərginliyi aradan qaldırılır. Çox vaxt BAN xəstə orqandan uzaqda yerləşir. Məsələn əgər ürək nahiyyəsində ağrı hissiyatı varsa, onu sol əlin kiçik barmağının dırnağının daxili hissəsinə yaxın olan yerində yerləşən nöqtə ilə aradan qaldırmaq olar.


Akupressura və ya nöqtələri bədənin hansı yerlərində tapmaq olar?


Mühüm BAN-ları tapmaq üçün mütəxəssislər təqribən 700 nöqtənin yerini göstərən şəkillər və topoqrafik xəritələr tərtib ediblər. Bundan başqa, bəzən  elektrik müqavimətinə əsaslanan xüsusi cihazlardan istifadə olunur. BAN tapmaq üçün fərdi olaraq barmaqlarınızın yastığından istifadə edərək buna nail ola bilərsiniz: dərinizin üstü ilə barmağınızı sürüşdürərək harda codluq və ağrı hiss etsəniz, demək ki, ora axtardığınız nöqtədir.


İstənilən nəticəni əldə etmək üçün, nöqtə massajının texnikası müxtəlifdir. Məsələn, yüksək əzələ tonusu zamanı masajın məqsədi dincəltmək və sakitləşdirməkdir. Əksinə, əzələ atrofiyalarının müxtəlif növlərində stimullaşdırıcı texnikadan istifadə edilir. 

 

Картинки по запросу массаж ушей


Belə masajları həm mütəxəssis, həm də bədəndə olan nöqtələrin yerini bilən və masaj etməyin qaydalarını öyrənən hər bir kəs özü edə bilər. Masajın mahiyyəti, dəridə olan bioloji aktiv nöqtələri qıcıqlandırmaqdır. Belə nöqtələrin sayı insan bədənində 700-dən çoxdur. Belə aktiv nöqtələri bədənin üzdə olan yerlərindən başqa, onları barmaqların arasında, dil önündə, diz qapaqlarında, qatlanacaqlarda da təyin etmək lazımdır.


Təsir mexanizminə görə nöqtələr aşağıdakılardır:


1.Ümumi təsir göstərənlər (mərkəzi sinir sisteminə təsir göstərir)


2.Onurğaya təsir göstərənlər (fəqərələr boyunca yerləşirlər, müəyyən orqanlar sisteminə təsir göstərirlər)


3. Seqmentar nöqtələr (birbaşa bu nöqtələrlə bağlı olan orqanların toxumalarına təsir göstərirlər)


4.Yerli və lokal nöqtələr (vətərlərdə, oynaqlarda, əzələlər və qan damarlarında yerləşirlər)


5.Regional - məhəlli (dəridə yerləşirlər, daxili orqanlara təsir edirlər)


Nöqtə mssajının keyfiyyətli təsiri üçün onu düzgün etməkdən başqa, hansı xəstəlikdə BAN-ın düzgün seçilməsinin daha çox əhəmiyyəti var. Bunun üçün mütəxəssislərin xüsusi qaydalar sistemi var. Məsələn, mədənin və bağırsaqların problemlərində, eyni vaxtda yuxarı və aşağı ətraflardakı nöqtələrdən istifadə edilir.


Nöqtə masajı çox vaxt ənənəvi dərman müalicəsi ilə yanaşı istifadə edilir. Bu zaman masajın qaydalarına ciddi əməl edilməli və bütün əks göstərişlər nəzərdən qaçırılmamalıdır.

 

Похожее изображение


Masajı düzgün yerinə yetirmək üçün, bədəni bərabər hissələrə nəzərən bölmək lazımdır. Bədəndə olan akapuhktur nöqtələr barəsində də əlavə biliklərə malik olmaq və onlara hansı güclə təsir edə bilmək bacarığına yiyələnmək lazımdır. Nöqtənin yerindən asılı olaraq güc tətbiq edilməlidir.


Xəstəlikləri qruplaşdırmaq lazımdır: kəskin, xroniki, yüngül, ağır. Nöqtə masajının başlanğıcı qısa müddətli olmalıdır. Baxmaq lazımdır ki, orqanizm masaja necə reaksiya verir. Xoşa gəlməyən əhval-ruhiyyə yaranarsa, massaj saxlanılır. Müvəqqəti pisləşmə baş verə bilər və ondan qorxmaq lazım deyil.


Əgər müalicəni mütəxəssis aparırsa, o, mütləq keçirilmiş xəstəliklər və allergiya barədə soruşmalıdır.


Masajın əsasını aktiv nöqtələrə barmaqla təsir etmək təşkil edir. Nöqtələr sinir sistemi ilə bağlıdır və onların vasitəsi ilə daxili orqanlarla əlaqələnir. Əgər nöqtələr düzgün tapılarsa, pasiyentdə ağrı, şişkinlik, keylik və ya başqa bir hissiyyatlar olur. Hansı nöqtə ağrılıdırsa, deməli onun nəzarətində olan orqan  və ya əzələdə nasazlıq  var.


Masajın aşagıdakı növləri var:


ovuşdurmaq

sığallamaq,

basmaq,

vibrasiya,

tutmaq,

çəngələmək.


Ovuşdurmaq baş barmağın yastığı ilə edilir. Bu növ masaj  başda, üzdə, gicgahda və əllərdə edilir.


Nöqtə masajı həm sakitləşdirici və həm də qıcıqlandırıcı ola bilər. Güclü basmaq sakitləşdirici, yüngül basmaq isə əks effekt verir.


Tonuslandırıcı masaj ən güclü olanıdır. Nöqtələrə 20 - 30 dəqiqə təsir edilir.


Masaj vaxtı nəzərə alınmalıdır ki, güc metod deyil, nöqtəyə güclü təsir göstərmək metoddur. Əlbəttə əgər piy təbəqəsi qalındırsa, nöqtələrə də güclü və intensiv təsir etmək lazımdır.


Nə vaxt nöqtə masajından imtina etmək lazımdır? 


Süd vəzilərini, əzələ daxili və qasıq nahiyəsində, limfa düyünlərində və böyük damarlarda masaj etmək qadağandır. Əgər qarın nahiyyəsi masaj edilirsə, bu, ciddi şəkildə nəfəs verən zaman edilməlidir.


Masajdan əvvəl əllər yuyulur, qan dövranı yaxşılaşdırılmaqdan ötəri ovuşdurulur. Pasiyent prosedurdan əvvəl tualetə göndərilir, nə ac, nə də tox vəziyyətdə olmalıdır.

 

Картинки по запросу массаж ушей 


Əgər sizdə yuxusuzluq problemi varsa, yaxşı olar ki, masaj yatmamışdan əvvəl edilsin.


Masaj üçün ənənəvi müalicə kursu 10 - 15 gün təşkil edir. İki ay fasilədən sonra təkrar etmək olar. Müalicənin effektivliyini saxlamaqdan  ötrü, bütün qaydalara ciddi əməl etmək və xırda yaxşılaşmaya görə saxlamaq olmaz.


Masaj üçün əks göstərişlər: hamiləlik, appendisit, infarkt, ürək paroku, böyrək xəstəlikləri, beyin damarlarının aterosklerozu, II - III dərəcəli hipertoniya xəstəliyi, tromboflebit, osteomelit, qanaxmalar, onkoloji xəstəliklər. 


Əgər masajı özünüz etmək istəyirsinizsə və bu barətə təcrübəniz yoxdursa, mütləq həkim və mütəxəssislə məsləhətləşin.