Braziliyada “flurona” halları - eyni vaxtda həm qripə, həm də koronavirusa yoluxma müəyyən olunub.
Yoluxanlardan biri hər iki virusa qarşı peyvənd olunmuş 16 yaşlı yeniyetmədir. Ondan başqa 52 yaşlı kişi və bir yaşlarında olan iki uşaqda da ikiqat yoluxma müəyyən olunub.
Xatırladaq ki, bundan əvvəl İsrail və İspaniyada “flurona” halları qeydə alınmışdı.
Mütəxəssislərin fikrincə, dünyada ikiqat yoluxma hallarının sayının artması tendensiyası müşahidə olunur. Bununla bağlı ekspertlər testlərin aparılmasının vacibliyini və peyvəndin zəruriliyini qeyd ediblər.