İlk koronavirusa yoluxmanın qeydə alınmasından 1 il ötüb.
Medicina.az xəbər verir ki, türkiyəli həkim İbrahim İkizceli keçən bu 1 ildən danışıb.
Onun sözlərinə görə, koronavirusa görə uşaqları ilə evlərini ayırıb: “Çox çətin bir il oldu. Tamamilə qapalı geyimlər geyinib, izolyasiya etdikdə təxminən 5 dəqiqə sonra çox tərləmə olur. 1 saat içərisində təxminən 2 litr tər atırıq. Tez-tez paltar dəyişmək bizi yorub. Əlamətlərindən asılı olmayaraq bütün xəstələrə koronavirus xəstəsi kimi yanaşdıq. Məni təsirləndirən ən pis hadisə bir ailədən 11 nəfərin virusdan ölməsi idi. Ana-ata, uşaq və nənənin koronadan ölməsi baxış tərzimi dəyişdirdi. Koronavirusdan genetik və qan bağı olanların da təsirləndiyini gördüm. Məsələ, qan bağı olan 1 nəfər xəstəliyi ayaqda keçirirsə, eyni ailədən olan insanlar da yükək ehtimalla ayaqda keçirir. Amma xəstə reanimasiyadadırsa, digər ailə üzvləri də reanimasiyada və ya daha ağır keçirir. Qan bağı olan bir nəfər ölübsə, digərilərinin də ölüm riski artır. Buna görə də ailəsində reanimasiyada olan və ya virusu çətin keçirənlər varsa, mütləq tez bir zamanda peyvənd olunmalıdır. Çünki eyni ailədən ölümlər daha çox oldu”.