Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Eynəvi əvəz edəcək göz damcısı hazırlandı

  • 2021.12.15 17:13
  • 2809 Baxış
Eynəvi əvəz edəcək göz damcısı hazırlandı

ABŞ-da FDA rəsmən uzaqdangörmə problemi üçün Vuity göz damcılarını təsdiq edib.

Medicina.az xəbər verir ki, mütəxəssislər bu dərmanı göz xəstəlikləri müalicəsində inqilab hesab edir. Çünki müntəzəm olaraq bu damcını istifadə etdikdə oxumaq və komputerdə işləmək üçün yaxından yaxşı görmək məqsədilə eynək taxmağa ehtiyac qalmayacaq.
Dərmanın təsiredici maddəsi tibbə hələ XIX əsrdən məlumdur.


Bu damcı yaşlanma ilə bağlı presbiopiya xəstəliyi zamanı da effektivdir. Bəzi yaşlılar uzaqdan görməni qorusa da, yaxından yaxşı görmürlər. Buna qocalıq korluğu da deyilir.

Görmənin pisləşməyə doğru getdiyi yaş dövrü 42-42 yaşdır. Büllur elastiliyini itirir və yaxından nəyisə dəqiq görmək pisləşir.


Dünyada 1,8 milyard presbiopiyalı xəstə var. Onlar büllurda əməliyyat etməli, eynək taxmalıdır. Bu damcı dərman bəbəyi daraldır, bununla da pasiyentin yaxından görməsini yaxşılaşdırır. Uzaqdangörməyə isə təsir etmir.