Azərbaycan Tibb Universitetində (ATU) əhali arasında tez-tez rast gəlinən problemlərdən biri - üz-çənə anomaliyasından əziyyət çəkən xəstəyə yardım göstərilib.
Medicina.az-ın xəbərinə görə, ATU-nun Ağız üz- çənə cərrahiyyəsi kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Fərzəliyev qeyd edib ki, xəstənin alt və üst dişləri üst-üstə düz gəlmədiyinə görə xəstədə çeynəmə prosesi pozulubmuş. Eyni zamanda xəstənin sifət quruluşunda da əyrilik qeyd edilirdi.
"Pasiyent qida qəbulunda çətinlik çəkirdi. Həmçinin, xəstənin üzündə estetik baxımdan da pozğunluqlar vardı - çənə öndə idi. Müvafiq müayinələrdən sonra tərəfimizdən kompyüter modelləşmə ilə xəstəyə əməliyyat planı hazırlandı”.
İ.Fərzəliyevin sözlərinə görə, üz skeleti sümüklərində 2 saat davam edən əməliyyat nəticəsində üzün quruluşu və dişlər, xəstədə çeynəmə qabiliyyəti tam bərpa olunub.