Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çeynədiyi mixək ağciyərinə düşdü - Ölümdən döndü

  • 2019.11.13 11:36
  • 5714 Baxış
Çeynədiyi mixək ağciyərinə düşdü -  Ölümdən döndü

Türkiyədə 22 yaşlı qadın son anda ölümdən dönüb. Belə
ki, o tənəffüs çatışmazlığından əziyyət çəkdiyi üçün xəstəxanaya müraciət edib.
Aparılan ilkin müayinə nəticəsində hər hansı bir problem ortaya çıxmayıb.


 



Medicina.az xəbər verir ki, buna baxmayaraq gənc
qadının vəziyyəti ağırlaşmağa başlayıb. Boğulmalar yaşayan və nəfəs almaqda çətinlik
çəkən şəxsi yenidən müayinə ediblər. Tomoqrafiya edilən xəstənin ağciyərində
yad cism aşkarlanıb.


 



Bəlli olub ki, bir neçə gün öncə xəstınin başı
ağrıdığı üçün mixək çeynəyib. Lakin mixək onun sağ ağciyərinə yapışaraq nəfəs
almasını çətinləşdirib. Kiçik əməliyyat nəticəsində mixəyi xəstənin ağciyərindən
çıxarmaq mümkün olub. Həkimlərin sözlərinə görə, əgər vaxtında aşkarlanmasaydı
mixək qadının ölümünə səbəb ola bilərdi.


Çeynədiyi mixək ağciyərinə düşdü -  Ölümdən döndü
Çeynədiyi mixək ağciyərinə düşdü -  Ölümdən döndü