Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çəyirtkə yemək faydalıdır – Ən güclü aktioksidant kimi xərçəngə qarşıdır

  • 2019.07.18 21:30
  • 10085 Baxış
Çəyirtkə yemək faydalıdır –  Ən güclü aktioksidant kimi xərçəngə qarşıdır
Alimlər hesab edir ki, tərkibində yüksək dozada antioksidant və digər maddələrə görə böcəklər, qurdlar və çəyirtkələr qidalanma üçün çox faydalıdır.


Sakit okean ətrafı və Asiya ölkələrində əhalinin gündəlik qidasında belə həşərat, böcəklər əhəmyyətli yer tutub. Yer üzündə 2 milyar insan böcək, soxulcan, qurd, hörümçəyəbənzər və çəyirtklə yeyir. Bu həşəratlar zülalla zəngindir, bir növ əti əvəz edir.


Medicina.az xəbər verir ki, bir neçə ildir ki, ABŞ və İtaliya alimləri çəyirtkə və həşəratların orqanizmə faydalarını araşdıran tədqiqatlar aparır. Məlum olub ki, çəyirtkə bağırsaq mikroflorasına faydalı təsir edir. 


İtalyan alimləri 12 növ yeyilə bilən həşərat arasında ən güclü antioksidant təsiri olanı aşkarlamaq üçün onların yeyilməyən qanadlarını, quyruq hissəsini çıxarmış, qalan hissəsini yağ formasına salaraq, antioksidant miqdarını təyin etmişlər. 


Məlum olub ki, xırda çəyirtkədə 2 litr portağal suyundan 5 dəfə çox antioksidant vardır. 

Həmçinin o zeytun yağından 2 dəfə artıq faydalıdır.


Alimlər Yer üzündə faydalı qida çatışmazlığı problemini bu kimi həşəratlar hesabına həll etməyin mümkünlüyünü bildirib, həşəratları gələcəyin qidası adlandırır. Çəyirtkə çox yaxşı,ekoloji, keyfiyyətli zülal, mineral maddə, yağ turşusu mənbəyidir. Onu yemək insana faydalı olar, nəinki zərər.