Onu immunitetin açarı adlandırırlar. Xüsusi olaraq BAD, dərman, damcı və çayları var. Orqanizmin müdafiə qabiliyyətini artıran sirli Exinasiya insana elə bir güc verir ki, bütün xəstəliklərə sinə gərə bilir.
Bu bitkinin köklərini amerikan hinduları ilan zəhəri və qanın zəhərlənməsinə qarşı ən güclü dərman hesab edirdilər. Avropada ona "Amerikanın qızıl çiçəyi” adını veriblər.
Medicina.az həkimlərin də tövsiyyə etdiyi möcüzə Exinasiyanın sağlamlığımıza 10 əsas təsirini təqdim edir.
Qeyd edək ki, exinasiya ekstraktı hazırda 240 adda dərmanın tərkibində, həmçinin QİÇS dərmanlarının və immunitet preparatlarının tərkibində yer alıb.
1.Ağır xəstəlikləri ilk başda dayandırır
Tədqiqatlar sübut edib ki, exinasiyada olan maddələr ağ qan hüceyrələri – makrofaqların aktivliyini artırır, bu da daxildə gedən, hələ xəbəriniz olmayan bir çox xəstəliklərin başlancığını saxlayır və simptomlarını zəiflədir
2.Toxumaları bərpa edir
Exinasiyanın tərkibində olan polisaxaridlər orqanizmə patogen mikrobların, virusların düşməsini əngəlləyir. Toxumaların regenariyasını sürətləndirir.
3.Təbii antibiotikdir
Bitkidə olan exinozidlər bakteriyalara qarşı öldürücü təsir göstərib, antibiotiik effekti verir. Eləcə də orqanizmdən sərbəst radikalları çıxarır, bu da şiş xəstəliklərinin yaranmasının qarşısını alır
4.Ağrıları azaldır
Bitkinin kökündə olan alkilamid anesteziya təsiri göstərir. Diş ağrıısı, baş ağrısı, mədə ağrısı və s. spazmlarda bu bitkinin preparatı və ya çayı köməyinizə çatar
5.Onkoloji xəstəliklərin profilaktikası
Exinasiyada olan sink, vitaminlər, minerallar qanı, limfaları təmizləyir, immuniteti gücləndirir, xərçəngin profilaktikasında əvəzsizdir
6.Revmatoid artrit və diabetdə
Spirtdə məhlulu artrit və şəkərli diabet xəstələrinə faydalıdır
7.Qanın zəhərlənməsi və viruslarda
Mütəxəssislər istənilən septiki vəziyyətlərdə, meningit, bronxit, otit, irinli yara, xoralar, stomatit, kandidoz, sidik sisteminin iltihabı proseslərində exinasiya qəbul etməyi tövsiyyə edir.
8.Uşaqları qrip və viruslara qarşı dözümlü edir
Tədqiqatlar göstərib ki, exinasiya qəbul edən uşaqlar il ərzində xəstələnmir və ya xəstəliyi yüngül keçirir
Kimlərə olmaz:
-Vərəm
-Sirroz
- Bu bitkiyə allergiyası olanlar
- 5 yaşa kimi uşaqlar
- Hamilələr
Exinasiyanı 2 aydan artıq istifadə etmək olmaz