Hindistanda evtanaziya hökmü qanuniləşib.
Medicina.az xəbər verir ki, cümə günü Hindistan Ali Məhkəməsi müalicəsi qeyri-mümkün olan xəstələrə passiv evtanaziya hüququ verən qərar qəbul edib.
Bununla bağlı məhkəmə bəyənatı da televiziyalar vasitəsilə səsləndirilib.
"Hər bir insan hər hansı bir tibbi müalicəni keçməyəcəyi barədə qərar vermək hüququna malikdir. Bu zaman onun həyatını təmin edən sistemlər işə salınmamalıdır. İnsanların şərəflə vəfat etməyə tam hüquqları var”, - deyə bəyənatda bildirilib.
Yeni qanuna əsasən əgər xəstə sağ ikən ölümünə icazə verilərsə evtanaziya həyata keçiriləcək.
Bu, ciddi xəstəlik və yaxud bədbəxt hadisə nəticəsində koma vəziyyətinə düşdüyü halda həyatı təmin edən vasitələrin işinin dayandırılması ilə bağlı xəstənin razılığını və ya razı olmadığını əks etdirən vəsiyyətnamədir.
Bundan əlavə, Ali Məhkəmə qərara alıb ki, xəstəliyi müalicə olunmayan xəstənin ailə üzvləri və ya dostları da həmin xəstə üçün evtanaziya haqqında xahişlə məhkəməyə müraciət edə bilər.
Bu halda məhkəmədə xəstə üçün passiv evtanaziya məsələsini həll edəcək tibbi şura təşkil ediləcək.