Belçika idmançısı Marika Vervut 1 ildir qərar verdiyi, evtanaziya üsulu ilə ölümü seçərək, nəhayət ki, bu həftə dünyadan köçdü.
Medicina.az xəbər verir ki, çempion əzələ miopatiyasından əziyyət çəkirdi.
Bu xəstəliyin müalicəsi yoxdur, xəstə iflic olur və daim güclü ağrı və qıcolmalardan əziyyət çəkir.
Belçikada evtanaziya ilə xəstənin könüllü olaraq ölümü seçməsi qanunu var. İdmançı 1 ildir ki, qanuna uyğun olaraq müraciət etmişdi. O, ağrılarına baxmayaraq, daim gülümsəyir və insanların yaddaşında şən qalmaq istəyirdi.