Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evlərdə yetəri sayda koronavirusa yoluxan, lakin gizlədən insanlar var – TƏBİB rəsmisi

  • 2020.06.12 17:48
  • 3119 Baxış
Evlərdə yetəri sayda koronavirusa yoluxan, lakin gizlədən insanlar var  – TƏBİB rəsmisi



“Təkcə xəstəxanalarda xəstə sayı çox deyil. Bilirik ki, evlərdə də koronavirus infeksiyası pozitiv olan, amma bunu həkimə, təcili tibbi yardıma xəbər verməyib gizlədən vətəndaşlar var.

Evdə müalicəyə cəhd edirlər. Gecikmiş halda xəstəxanaya çatdırıldıqda isə gec olur, bu da ölüm faizinin yüksəlməsinə səbəblərdən biridir”.


Medicina.az xəbər verir ki, bunu brifinqdə TƏBİB Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.


“Bu insanlar yaxınlarını və digər insanları da təhlükəyə atır. Bundan çəkinmək lazımdır. Yoluxan insanlara dövlət nəzarət edir. Bu nəzarətdən çıxmasın deyə, istənilən COVID simptomu olan insan dərhal məlumat verməlidir”.