Ərə get düzələcək, evlən düzələcək atalar-analar misalı yəqin ki, çoxunuza tanışdır.
Görəsən ailə qurmaq insan sağlamlığına necə təsir edir? Həqiqətənmi, evləndikdən sonra insanın əsəbləri sakitləşir, immuniteti güclənir, bədəni möhkəmlənir?
Medicina.az xəbər verir ki, alimlər evliliyin halnız problemsiz və harmonik münasibətlər zamanı kişi və qadının sağlamlığına müsbət təsir etdiyini bildirib.
Heç də sirr deyil ki, müntəzəm intim əlaqə stressi azaldır, həyat keyfiyyətini yaxşılaşdırır, hormonal balansı tənzimləyir. Amma burda da şərt ondan ibarətdir ki, intim münasibətdən hər iki tərəf razı qalsın.
Çərlədici ailə həyatının sağlamlığa mənfi təsirləri isə aşağıdakılardır:
- Yuxunun pozulması - yataq otağında komfort zonanın pozulması, tərəflərdən birinin xoruldaması və narahat yatış tərzi digərinin yuxu keyfiyyətini pozur.
- Artıq çəki - hətta bir-birini sevən cütlüklər də sanki toydan sonra subaylıq mundirini çıxarır, artıq heç nədən çəkinmədikləri üçün istədikləri qədər yeyir, həyatdan razılıq hissi də əhvalı yüksəldir və nəticədə hər ikisi kökəlir, piylənmə başlayır. Bu isə getdikcə maddələr mübadiləsi pozulması, şəkər, yüksək təzyiqə gətirib çıxarır.
- Yüksəlmiş həyəcan, təşviş və depressiya - baxmayaraq ki, ÜST ailəli cütlüklərin psixikasının daha möhkəm olduğunu deyib, son nəticələr göstərib ki, ailədaxili münasibətlər gərgin olduqda həm kişi, həm qadında nevroz, əsəbilik, depressiya halları artır.
- Təzyiqin yüksəlməsi - stress, yağlı yemək, oturaq həyat tərzi, uğursuz ailə həyatı orqanizmində stress hormonlarını artırır, bu da nəticədə təzyiqi yüksəldir.
- İmmunitet zəifliyi - xroniki stress və gərgin münasibətlər orqanizmi tükətdiyi üçün immunitet də zəifləyir, insan bir çox xəstəliklərə dözümsüz olur.
Amma alimlər ailə həyatının və sevgilinin, həyat yoldaşının olmasının onkoloji xəstəliklərdə müsbət təsir etdiyini də açıqlayıb.
Ağciyər, bağırsaq, prostat xərçəngi olan kişilər arasında ailəli olanlar tənhalara nisbətən daha uzun ömür sürüblər və xəstəliyə qarşı dözümlü edir.
Tənha insanda istənilən xəstəlik daha gec sağalır.
Lakin ailədə biri digərini mənən çərlədirsə o zaman həm əhvalda, həm sağlamlıqla bağlı neqativ hallar başlayır. Belə olan halda, ürək, beyin, qalxanvari vəzi, maddələr mnübadiləsi zərər görür, hər iki tərəfin xəstəlikləri artır.
MEDİCİNA.AZ