Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evlənmək istəyən 4141 nəfərdə talassemiya daşıyıcılığı, 15-də isə QİÇS aşkarlanıb

  • 2019.08.15 10:37
  • 6418 Baxış
Evlənmək istəyən 4141 nəfərdə talassemiya daşıyıcılığı,  15-də isə QİÇS aşkarlanıb
 2019-cu ilin iyul ayı ərzində evlənmək istəyən 14 303 nəfər tibbi müayinədən keçib. Onlardan 4141 nəfərdə talassemiya daşıyıcılığı, 61 nəfərdə sifilis, 15 nəfərdə QİÇS aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

 

 
İnstitut direktoru qeyd edib ki, müayinədən keçən 4 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb: "Bu cütülüklərə genetik konsultasiya verilir ki, hamiləlik olan kimi 12-18 həftəliyində müayinədən keçmək üçün müraciət etsinlər. Hamiləlik zamanı dölyanı maye götürülür, molekulyar genetik müayinə aparılır və uşağın xəstə, daşıyıcı və ya sağlam olduğu müəyyən edilir. Xəstə uşaq olanda tibbi yolla abort edilir. Bu könüllü aparılır. İndiyə qədər hamilə qadınlarda müşahidə edilən xəstə uşaqları valideynlər abort etdirib. Beləliklə, talassemiyalı doğulan uşaqların sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilir. Bəzən erkən nikaha girən və ya rəsmi nikah olmadan ailə quran cütlüklərdə xəstə uşaq doğulur. Bu da onların müayinədən keçməməsi ilə əlaqədardır. Rəsmi nikah olmasa da, insanlar müayinədən keçməlidir ki, xəstə uşaqlar doğulmasın”.