Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evinizdə sağlamlığınız üçün ən təhlükəli yerlər

  • 2023.09.01 16:58
  • 2310 Baxış
Evinizdə sağlamlığınız üçün  ən təhlükəli yerlər

Hər mənzilin öz ən çirkli zonaları var, onlar bakteriya, allergiya və xəstəlik mənbəyi ola bilər.

“Medicina” xəbər verir ki, dermatoveneroloq Svetlana Yakovleva sağlamlığa təhlükəli sahə və küncləri qeyd edib.

“Vanna, hamam otağı mənzildə ən çirkli sahədir, orda ayaqyalın gəzmək olmaz. Mənzildə nəm, rütubətli və qaranlıq künclər ən təhlükəli yerlərdir.

Göbələklə dəri kontaktı dırnaq xəstəliyinə səbəb olur. Eləcə də göbələk dəri və tənəffüs xəstəliklərinə səbəb olur. Rütubətli künclərdə olan kif astma, pnevmoniya, orqanizmin intoksikasiyasına səbəb olur.

Ona görə evdə hamam-tualetdə çox qalmaq, oturub telefona baxmaq, az işıqlandırılan, künc hissəyə divan-kreslo qoyub orda çox vaxt keçirmək olmaz. Bu həm burun, tənəffüs yollarını, həm dərini qıcıqlandırır.

Mətbəxdə isə ən çirkli yer qabyuyan çanaq və süngərdir. Qabyuyan süngəri həftədə 1 dəyişmək lazımdır.

Əks təqdirdə qablarda qalan bakteriyalar həzm yollarına düşəcək”.

Həkimin sözlərinə görə, kandar və çöl qapısı da ən çirkli, mikroblu, tozlu yerlərdən biridir. Ora toxunandan sonra mütləq əllər yuyulmalıdır.

Aygün Musayeva