Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evin və insanın aurası necə təmizlənir? – Energetik müalicə metodu

  • 2019.08.09 16:17
  • 20640 Baxış
Evin və insanın aurası necə təmizlənir? –  Energetik müalicə metodu

İnsanın dərisi, üzü, bədəni, daxili orqanları, əşyaları zahirən kirləndiyi kimi energetika və aurası da keçirdiyi hiss, emosiya, neqativdən eyni dərəcədə çirklənir.


Qədimdə təbiblər müalicəyə başlayarkən insanın efir bədəninin də müalicəsi, təmizlənməsini mütləq nəzərə alırdılar.

Medicina.az xəbər verir ki, hər bir əşyanın, evin, canlı orqanizmin astral sahəsi var. 

Zamanla neqativ təsirlərdən, dalğalardan bu sahə kirlənir, əzilir və ya deşilir.


Energetik sahənin sərbəst və təmiz olmaması insanda qorxu, narazılıq, ağırlıq, depressiya hissini artırır.

Ona görə 1-2 aydan bir evin və özünüzün energetik təmizlənməsini icra etmək lazımdır. Bu, elə də çətin deyil. 

 

 

 



 

Evin energetik təmizliyi nədir?



Adi ev yumaq, yığışdırmaqdır, sadəcə qapı, pəncərə, əşyalar və döşəməni sildiyiniz suya bir ovuc daş duz və ya dəniz duzu (satılır) qatırsız. Hər yeri bu suya batırılmış əski ilə silirsiz. Eləcə də vanna, tualet, balkon və s. 


Bu təmizliyi edərkən pəncərələr, qapılar açıq olur ki, neqativ enerjinin evi tərk etməyə yeri olsun.

Duzla yuduqdan sonra ətrafı efir yağları ilə təmizləyirsiz: bunun üçün rozmarin, şalfey, kedr, pixta, dəfnə kimi efir yağlarını efir yağı yandırılan qaba töküb altdan şam qoymaqla yandırır və tüstüsü evə verilir.


Evin dərin energetik təmizlənməsi üçün:

 

Qapı, pəncərə, nəfəslik bağlanır və evdə quru otlar, efir yağı, xüsusi ətirli bitki tərkibli çubuqlar yandırıb evi tüstüyə verirsiz.


Qabda otları yığıb yandırır, əlinizdə qab evin əsas giriş qapısından başlayaraq, saat əqrəbi istiqamətində evi gəzir və sonda yenidən qapıya qayıdırsız. Künclər, şkaf arxası, çarpayı altını da tüstüyə verin. 

Bundan sonra pəncərə, qapı açılır.


İnsanın astral bədəninin energetik təmizlənməsi:

 

Bir tasa pəncənin üzərini tam örtənə kimi isti su tökürsüz və bura 2 ovuc daş bərk duz və ya dəniz duzu əlavə edirsiz. Bu suyun içində 7 dəqiqə dayanırsız. Bu zaman fikrinizdə bütün pis neqativin yuxarıdan yuyularaq pəncə və dabana süzülüb vannaya axdığını təsəvvür edirsiz. 

 


Bu metodları xüsusən Ay azalan dövrdə edə bilərsiz. Amma bu qanun deyil. Elə ki ağır bir stress yaşadız və ya neqativ yükün təsirini hiss etdiz bunları edə bilərsiz.

 


Evin və insanın aurası necə təmizlənir? –  Energetik müalicə metodu
Evin və insanın aurası necə təmizlənir? –  Energetik müalicə metodu