Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Otaqları tozdan xilas etməyin 5 üsuluEvimizdə 15 kq toz var!

  • 2018.11.13 17:13
  • 16157 Baxış
 - Otaqları tozdan xilas etməyin 5 üsulu Evimizdə 15 kq toz var!
Bir çoxumuz, elə bəlkə də hamımız evdə və ya iş yerində tozdan əziyyət çəkirik. Gündə bir neçə təmizlənməsinə baxamayaraq yenə də əşyaların üzərində toz təbəqəsinin yığıldığını müşahidə etmək olar. 


Toz zərrəcikləri müxtəlif tullantı və kiçik torpaq dənəciklərindən ibarət, cisimlərin üstündəki və ya havada asılı olan çox narın, pudraya bənzər maddədir. 

Tozun mənbəyi müxtəlifdir. Bura avtomobil bacalarından çıxan karbon qazından tutmuş metal qırıntılarınadək bir çoxunu aid etmək olar. 


Bəs tozun insan sağlamlığına nə kimi zərərləri var? 


Medicina.az xəbər verir ki, uzun müddət tozla nəfəs alındıqda insanda allergiya, asqıraq, öskürək, burun qıcıqlanması kimi narahatlıqlara yol aça bilər. 


Bəzi hallarda isə burun-boğaz və ağciyər narahatlığı olaraq özünü büruzə verəcək. 


Ancaq tozun bəzi növləri var ki, bir sıra xəstəliklərə yol aça bilər.  


Bunlardan ən təhlükəlisi isə silikoz xəstəliyidir. Bu xəstəlik öz növbəsində vərəm və bronxit kimi xəstəliklərə səbəb ola bilər. Xəstəlik əsasən tikintidə, daş karxanalarında, torpaqla işləyənlərdə, şüşə sexlərində işləyən insanlarda daha çox rast gəlinir. 


Orta hesabla 3 otaqlı bir mənzilə hər il təxminən 15 kq toz yığılır. Tozdan tamamilə qurtulmaq mümkün deyil. Lakin hər gün təmizləməklə onun daha da çox yığılmasının qarşısını almaq mümkündür. 


Medicina.az sizə evdən tozun təmizlənməsinin daha effektiv yollarını təqdim edir: 


1. Evdə mütləq bir texnika işləməlidir

 

Televizor, notebook və digər qadjetlər işlək vəziyyətdə olduqda, ətrafında maqnit sahəsi əmələ gətirir ki, bu da tozsoran rolunu oynayır. 


2. Efir yağları


Efir yağları otaqda olan xoş olmayan qoxularla mübarizə apararaq havanı təmizləyir. Ən yaxşı "təmizləyici” isə adaçayı, şam ağacı, çay ağacı bitkiləri hesab edilir.  Adı çəkilən efir yağlarından bir neçə damcı şamın üzərinə damızdırın. Toz iyindən qurtulmaq üçün isə pambıq tamponu ilanq-ilanq yağına batıraraq, tozsaranın borusuna yerləşdirin. 


3. Divarları tozsoranlayın


Əgər divarları tozsoranlamasanız, o zaman hətta aparılan ən dərin təmizlik belə effekt verməyəcək.  Ona görə ki, divarlara, əsasən də relyefli divar kağızları ilə örtülmüş olduqda külli miqdarda toz yığılır.


4. Suçiləyən


Mütəmadi olaraq divarları, bitkiləri sulamaq üçün nəzərdə tutulan suçiləyənlə nəmləndirin. Tozun otağın havasında asılı qalmasının qarşısını almaq üçün isə yaxşı olar ki, otağa suçiləyənlə su püskürdərsiniz. 


5. Döşəmə taxtası 


Döşəməni təmziləməyin ən ideal yolu döşəmə taxtasına nəm əski keçirib silməkdir. Bu tozun daha yaxşı təmizlənməsinə və havaya qalxmamasına kömək olacaq. 


Arzu Mirzəyeva

Medicina.az