Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barəsində cinayət işi başladılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, noyabrın 5-də yaşayış yerini tərk etmiş Şəki şəhər sakini R.Məmmədov barəsində Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.