Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Qədimdən indiyədək sınanılmış bitkiƏvəliyin bu faydalarını bilmirdiniz

  • 2019.03.05 10:33
  • 18222 Baxış
 - Qədimdən indiyədək sınanılmış bitki Əvəliyin bu faydalarını bilmirdiniz
 


Əvəliyin təzə-tər yarpaqlarını yeyən hər kəs onun turşməzə tamını hiss edir. Lakin çiy yeyiləndə turş dadan əvəlik bişiriləndə yeməklərə ləzzətli tam verir. Yerüstü hissələrindən, cavan zoğ və yarpaqlarından müxtəlif növ vitaminli salat və xörəklər hazırlanır. Kulinariyada ondan şorba, ət və balıq xörəklərinin hazırlanmasında istifadə olunur. May-iyun aylarında əvəlik çiçəkləməmiş onu yığıb saç kimi hörür və qurudaraq qışa tədarük edirlər.


Əvəlik xalq təbabətində öskürək, plevrit, bronxit, bronxial astma, qaraciyər və öd kisəsi, dəri xəstəlikləri, anemiya, qıcıqlanmış bağırsaq sindromu, ürəkbulanma və mədədə qıcqırma zamanı, eləcə də qurdqovucu vasitə kimi geniş tətbiq olunur.


Əvəliyin təzə yarpaqları və zoğlarının şirəsindən qarqara kimi istifadə edilməsi dişətinin iltihabını azaldır, qankəsici təsir göstərir.


Yarpaqlarının yumşaldıcı və iltihab əleyhinə təsirlərinə görə bir çox dəri xəstəliklərində, döyənəklərdə islatma və vanna şəklində qəbul edilir.

 

Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindən daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin "iksirləri” hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. (Azərtac)