ABŞ-ın Şimali Karolina ştatının sakini Reyçel Brummert üç həftə ərzində evindən çıxmamasına baxmayaraq koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, autoimmun xəstəliyindən əziyyət çəkən bu qadın koronavirusa yoluxmamaq üçün evini tərk etməyib.
Reyçel hətta ərindən də ayrı otaqda yatıb.
Buna baxmayaraq, qadın koronavirusa yoluxub. O, ehtimal edir ki, xəstəliyə evin önünə qoyulmuş paketlərdən yoluxub.
Məlumata əsasən, könüllü bir qadın mütəmadi olaraq onun üçün ərzaq alıb evinin qarşısına qoyurmuş.