Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdəki nəm qoxusuna biganə qalmayın! Xəstəlik yaradır - QURTULMAQ ÜÇÜN ƏN ASAN ÜSULLAR

  • 2019.02.05 13:03
  • 22664 Baxış
Evdəki nəm qoxusuna biganə qalmayın! Xəstəlik yaradır -  QURTULMAQ ÜÇÜN ƏN ASAN ÜSULLAR

Evdəki kif və toz səbəbindən yaranan nəm qoxusu ev sakinlərinin sağlamlığına ciddi ziyan vura bilər. Bu, əsasən allergiya, nəfəs darlığı, qıcıqlanma kimi problemlər yaradır və xəstəliktörədən miroorqanzimlərin çoxalması üçün münbit şərait yaradır. 


Bəs evdəki nəm qoxusunu necə aradan qaldırmaq olar? 


Medicina.az sizə bunun yollarını açıqlayır: 


1) Qəhvə dənələri 


Qovrulmuş və ya üyüdülmüş qəhvə dənələrinin nəm qoxusunu yox edə biləcək qədər güclü bir iyi var. Hətta, zibil qoxusunu, geyim şkafındakı qoxunu və az havalandırılan yerlərdə olan pis iyləri aradan qaldırmaq üçün də istifadə etmək mümkündür. 


İstifadəsi


-Qəhvə çəyirdəklərini kiçik bir qaba qoyun və pis qoxu yayılan yerdə yerləşdirin.

-Üyüdülmüş qəhvəni isə parça kisəyə tökərək bir yerdən asa bilərsiniz.


Limon şirəsi 


Limon şirəsi olduqca faydalı bir təmizləmə vasitəsidir. Bu şirə vasitəsilə  mətbəx və hamamda olan pis qoxulardan qurtula bilərsiniz. 


İstifadəsi


-Limonun şirəsini sıxın və eyni miqdarda isti su ilə qarışdırın.

-Hazırlanan məhlulu sprey şüşəsinə tökün  və lazım olan yerlərə püskürdün. 

-Əgər ehtiyac olarsa, üstündən əski ilə silin. 


Darçın  


Bu ətirli ədviyyat bir çox mikroorqanizmləri məhv edən efir yağlarına malikdir. Onun ətri tez yayılır və otağın havasının təravətlənməsini təmin edir.


İstifadəsi


-Bir miqdar üyüdülmüş darçını parça kisəyə tökün və lazımi yerdən asın. Bunun üçün darçın çubuqlarından da istifadə etmək olar. 


Arzu

Medicina.az