Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Təbiətin bəxş etdiyi möcüzə“Evdəki həkim”: ALOE

  • 2018.08.15 11:22
  • 10429 Baxış
 - Təbiətin bəxş etdiyi möcüzə “Evdəki həkim”: ALOE
Aloeni "ev həkimi" də adlandırırlar. 


Medicina.az xəbər verir ki, bu bitki müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə olunur.


Araşdırmalar nəticəsində məlum olub ki, onun tərkibində 200-dən artıq bioloji aktiv maddələr (vitaminlər, aminturşular, fitonsidlər, fermentlər, mikroelementlər,  və s. ) var.


Aloe həmçinin Əzvay adı ilə də tanınır.


Onun tərkibində A ,C, E vitamin qrupları və soyuqdəyməyə kömək edən amilaza fermenti də var. Əzvay şirəsinə daxil olan antratsen törəmələri nəzərə çarpacaq dərəcədə insan immunitetini artırır.


Aloenin yüzlərlə faydalı xüsusiyyətləri var. 


Onları sizə təqdim edirik:

                                                                             

 A, C, B1, B2, B6, B12, E, Fol turşusu vitaminləri ilə Selenyum, Dəmir, Mangan, Maqnezium, Kalsium, Sink, Mis, Fosfor, kalium kimi minerallara malikdir.

- Bədənimiz üçün lazımlı 22 amin turşusunun 20-si bu bitkinin tərkibində var.


-İltihabları önləyici xüsusiyyətə malikdir.


-Bədəni qüvvətləndirir.


-Həzmi asanlaşdırır.


-Öd qovucudur.


-Qəbizliyi aradan qaldırır.


-Mədə narahatlıqlarına qarşı faydalıdır.


-Yanıq ağrılarını azaldır.


-Dəri iltihabı, günəş yanıqları, ekzama və böcək sancmalarında faydalıdır.


-Dəri baxımı üçün də istifadə olunur. Əzvay  köhnəlmiş dəriləri nəmləndirir və bərpa edir.


-Sirkə ilə qarışdırılaraq saç dibləri ovulduğunda saç tökülməsini azaldır.


Lakin, min bir dərdə dəva olan bu bitkinin zərərləri də mövcuddur.


Bəs kimlər Aloedən istifadə edə bilməz?


-Hamilələr və ya əmizdirən qadınlar tərəfindən istifadə edilməməlidir.


-Kolit (yoğun bağırsağın divarlarının iltihablaşması) kimi bağırsaq problemləri olanların aloe vera ekstraktini, həkim tövsiyəsi və nəzarəti olmadan daxilə istifadə tövsiyə edilmir.


-Mədə xorasından əziyyət çəkənlər də bu preparation istifadəsindən qaçınmalıdır.


Qeyd edək ki, Aloe dərman deyil, dəstək təmin edən bir bitkidir.