Evdəki dağınıqlıq, səpələnmiş paltarlar və ya yuyulmamış qablarda insanın fərqli ruh halı, psixoloji problemləri gizlənə bilər.
“Medicina” xəbər verir ki, çay və ya qəhvəni bitirməmiş masanın üstünə qoymaq vərdişi hər şeyi öz nəzarətinə tabe etməyə çalışan insanlara məxsusdur.
Yuyulmamış qablar adət halını aldıqda ünsiyyətə meyillilik əlamətidir. Ancaq bütün vaxtınızı ünsiyyətə sərf etmək istəyi boşluqdan və resurslarınızı düzgün idarə edə bilmədiyinizdən də xəbər verir.
Corabını divanın altına tullayan adam, psixoloqların fikrincə, çox güman ki, qənaətcildir və pulu boşuna sərf etməz.
Yığılmamış çarpayı və otağa səpələnmiş əşyalar insanın maraq dairəsinin geniş olmasından xəbər verə bilər, səhər çarpayını yığmağı mənasız hesab edir.
Yataqda qırıntılar çox vaxt rahatlığı hər şeydən üstün tutanlar tərəfindən qalır, çünki yataqda yemək yemək, hətta televizora baxmaq belə gözəldir. Tozlu pəncərə eşikləri və çirkli pəncərələr depressiyadan və tənhalıq hissindən danışır.
Pəncərələri yumaq istəməmək kölgədə olmaq üçün şüuraltı bir istək olduğunu göstərir, lakin çox vaxt belə insanlar böyük intellektual və yaradıcı potensiala malikdirlər.
Günay Quliyeva