Amerika Birləşmiş Ştatlarından olan tədqiqatçılar evdəki səliqəsizliklə psixi pozğunluqlar arasında əlaqə tapıblar: sübut edilib i, otaqdakı dağınıqlıq orda yaşayanın psixi pozğunluğunu göstərə bilər.
“Medicina” xəbər verir ki, bir insanın mənzilinin görünüşü onun mənəvi rifahı haqqında çox şey deyir.
Müəyyən edilib ki, evində yerində olmayan əşyalar olan insanlar bir sıra psixi pozğunluqlardan əziyyət çəkirlər.
Əvvəla, psixoloqlar bildirirlər ki, dağınıqlıq depressiyanın ağır formasını göstərə bilər. Depressiv pozğunluq yaşayan insanlar evi təmizləmək istəmirlər.
Alimlər deyirlər ki, təcrübə zamanı evdə əşyaları qaydaya salan insanlar sözün əsl mənasında, fiziki diskomfort olan xoşagəlməz hisslər yaşamağa başlayıblar. İnsanlar bunu həqiqi fiziki ağrı ilə müqayisə edir.
Ancaq bundan sonra onlar vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını qeyd ediblər.
Evin təmizlənməsi də əvvəllər təxirə salınan bəzi işləri sonraya qədər bitirməyə imkan verib.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, insanların rifahına təsir edən zibildən müəyyən asılılıq yaranır.
Ona görə də depressiyadan qurtulmaq üçün müalicə ilə yanaşı, sadəcə olaraq, evi yaxşı təmizləmək lazımdır.
Aynurə Məmmədova