Evdə çox istifadə edilən həşərat, ağcaqanad öldürən dərmanlar uşaqlarda diqqət pozğunluğu və hiperaktivlik yarada bilər.
"Medicina" xəbər verir ki, ABŞ xəstəxanalarında çalışan həkimlər bu dərmanlarda maddələrin piretroid yaratdığını deyib.
8-15 yaşındakı 687 uşaq arasında təsadüfi seçilən iştirakçılardan sidik analizləri götürən alimlər sidiyində piretroidə rast gəlinən oğlan uşaqlarında diqqət pozğunluğu və hiperaktivliyin 3 dəfə artıq olduğunu qeyd edib.
Qız uşaqlarının isə bu birləşmədən oğlanlar qədər təsirlənmədiyi məlum olub.