Kefir – Qafqaz xalqlarının 300 ildən çoxdur ki, istifadə etdikləri şəfalı içkidir. Kefir mayalanmış süddür. İnək, qoyun və keçi sü-dündən hazırlanır. Kefir təbii probiotikdir, mineral və vitamin mənbəyidir.
Medicina.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov kefirin faydaları ilə bağlı paylaşım edib.
Həkim bildirib ki, kefir antibiotik qəbulu zamanı baş verən bağırsaq disbakteriozunu aradan qaldırır, ödemləri azaldır, qəbizliyi aradan götürür, immuniteti artırır, qanda xolesterini aşağı salır, qaraciyəri bərpa edir: "A vitamini ilə zəngin olduğundan gözə xeyri var. Tərkibində kalsium olduğundan osteoporoz xəstəliyində şəfalıdır. Ekzemalarda, sızanaqlarda, dəri göbələyində faydalıdır. Xərçəngin profilaktikasında istifadə olunur"
Həkim bütün bu və başqa xəstəliklərə tutulmamaq, həmçinin müalicə olunmaq üçün gündə 2 stəkan kefir içməyi məsləhət görüb.
Fizuli Hüseynov kefirin hazırlanması reseptini də təqdim edib:
"Əvvəlcə kefir mayası əldə edilir, daha sonra maya 2 stəkan otaq temperaturunda olan bişmiş inək südünə (mağaza südü olmaz) qarışdırılır, yayda 10-12, qışda isə 20- 24 saat keçəndən sonra süd qatıq kimi olacaqdır. Sonra kefir plasmas süzgəcdən süzülür, kefir mayası çıxarılır və yenə növbəti gün üçün hazırlanan 2 stəkan südün içinə atılır. Daha bir rahat üsul bildiyimiz marlidən, yəni cunadan filtr paket çayı böyüklüyündə və tam onun kimi tikin yaxşı olar cuna 2 qat olsun mayanı paketin içinə salıb ağzını sapla bağlayın, sapdan tutub mayanı südün içinə salın, bildiyimiz 1 dəfəlik çay kimi 12 və ya 24 saat sonra sapdan tutub mayanı süddən çıxarın bu üsulda kefiri süzmək lazım deyil. Əgər kefir mayasını istifadə etmək istəməsəniz, onda mayanı yarım stəkan çiy suya salıb soyuducuya qoyun, nə zaman istərsəniz sudan çıxarıb istifadə edə bilərsiniz".
Fitoterapevt qeyd edib ki, kefir təbii probiotik mənbəyidir. Kefir qatıq deyil. Qatıq probiotik istehsalını artırır, kefir isə özü probiotikdir. Qatıq mütəmadi istifadə olunduqda mədə turşuluğunu artırır, kefir isə əksinə normallaşdırır.