Hazırda aktiv olan qrip – donuz qripi və yeni metapnevmavirus pnevmoniya ilə ağırlaşır.
“Medicina” xəbər verir ki, terapevt Andrey Zvonkov xəstələr nə vaxt pnevmoniya olmalarının fərqində olmurlar.
Həkim qeyd edib ki, pnevmoniya təkcə qripin deyil, demək olar ki, hər hansı bir respirator virus infeksiyasının ağırlaşması kimi inkişaf edə bilər.
“Hava ilə yayılan istənilən virus yuxarı tənəffüs yollarından keçərək burun və ağız-udlağa daxil olur və oradan hava ilə birlikdə ağciyərlərə enir, burada epiteli, qan və damarlara nüfuz edir.
Xəstədə bu simptomlar pnevmoniyanın inkişaf etdiyini göstərir:
- Zəiflik, intoksikasiya sindromu;
- Nəfəs almaqda çətinlik, nəfəs darlığı;
- Dərmanla azalmayan yüksək temperatur;
- Yaşıl, tünd bəlğəmlə öskürək.
Öskürək dərindən çıxmır. Yaxud öskürən zaman qatışıqlı qızartı, hətta qan çıxır.
Bu zaman evdə müalicə etmək yox, mütləq həkimə gedib, rentgen olunmalı, analizlər verilməlidir”.
Qeyd edək ki, Rusiyada sürətlə inkişafı və ağır vəziyyətlərin, o cümlədən pnevmoniyanın sürətlə yaranması ilə xarakterizə olunan “ildırım” qripi yayılmağa başlayıb.
Aygün Musayeva