QOST standartına uyğun hazırlanmış plombir mütləq süd, qaymaq, təzə yumurta və jelatindən hazırlanardı. Lakin sonradan süd quru süd, kərə yağı isə bitki yağı ilə əvəz olunaraq klassik resept və daddan uzaqlaşdılar.
Medicina.az əfsanəvi plombirin evdə hazırlamağın reseptini təqdim edir.
Lazımdır:
1 litr süd
1 xörək qaşığı şəkər
100 qr kərə yağı
5 yumurta sarısı
1 çay qaşığı nişasta
Hazırlanması:
Süd isidilir və ora yumşaq kərə yağı qatılıb, qarışdılır. Süd qaynara düşənə kimi saxlanılır.
Ayrıca qabda yumurta sarısı, nişasta, şəkər qarışdırılır.
Bu qarışıma bir az süd əlavə edib, xama halı alana kimi qarışdır.
Ocaqdakı süd qaynara düşəndə bu yumurtalı qarışımı nazik şırnaqla ora hissə-hissə əlavə edib, tez-tez qarışdır.
Qaynara düşsün, oddan götürün. Qazanı digər iri qazanda soyuq suya qoy. Yenidən içindəki kütləni dayanmayadan ilıq olana kimi qarışdır.
Sonra tam soyuyana kimi saxla və arada qarışdır. Tam soyuduqdan sonra formalara töküb, buzxanaya qoy.
Donduqdan sonra süfrəyə verə bilərsiz.