Evə qaz sızmasından dəhşətli partlayışda ailənin bütün üzvləri xəsarət aldı: ana öldü, ata əlil oldu, 2 yaşlı Dənizin isə əlləri və üzü yandı. Yanıqlarda müalicə alan qızın üzü bərpa olmayacaqdı.
Medicina.az xəbər verir ki, o hadisədən 2 il sonra Dənizi nənəsi İstanbula müayinəyə aparır. Həkimlər rekonstruktiv əməliyyatla yanaşı Dənizdə kök hüceyrələri ilə müalicəni də tətbiq etdilər. Bir neçə seansdan sonra qızın üz dərisi demək olar ki, bərpa olur. Daha 4 seansdan sonra uşağın üz və əllərinin dərisi yanmazdan əvvəlki vəziyyətin 80%-nə kimi effekt əldə olunacaq.
Hazırda kök hüceyrələri ilə müalicə bir çox ağır və əlilliyə səbəb olacaq fəsadlarda uğurla tətbiq olunur.