"Bu karantin məni dəli edəcək, gözümə əcinnə, qarabasma görürəm artıq" deyənlərdənsinizsə və karantin bitdikdən sonra psixoloq, psixiatr axtarmağı düşünürsüzsə, o zaman bu yazı sizlikdir.
Medicina.az xəbər verir ki, həkim Teymur Mirzəbəyli gözə görünən qarabasmaların niyə baş verdiyini izah edib.
Həmin açıqlamanı təqdim edirik:
" Evdəki əşyalar gözümə qəribə formada, bəzən isə qorxunc görünür. Bu qarabasmalar psixiatrik xəstəlik əlamətidir? "
✅ Cavab: Gözə reallıqdan fərqli görünmənin əsasən 2 forması olur:
İlluziya və hallusinasiya
İlluziya zamanı insan, obyektləri müxtəlif forma və vəziyyətlərdə, obyektin əsli və ya təyinatı ilə əlaqəsi olmadığı cilddə görür. Məsələn: bir insan başqasının əlində olan qələmi bıçaq kimi "görür"
Hallusinasiya zamanı isə ortada heç bir obyekt yoxkən, insan hansısa bir xəyali obyekti "görür", "eşidir" və s.. Yəni insana elə gəlir ki, obyekt görür, amma biz bilirik ki, reallıqda isə ortada heç bir obyekt yoxdur.
Məsələn, başqa birinin əli boşdur ümumiyyətlə heç nə hətta qələm belə yoxdur, amma hallusinasiya görən insan onun əlində "bıçaq görür".
???? İlluziya görənin ən pis ehtimalda psixoloqa bəlkə də ehtiyacı ola bilər, çünki bu vəziyyət psixiatrik xəstəlik deyil, insan təxəyyülünün məhsuludur, amma hallusinasiya zamanı mütləq psixiatrın konsultasiyası lazım gəlir...
???? Karantin vaxtı uzun müddət evdə qaldıqda, sizin cansız əşya ilə danışmağınız normaldır, amma onların sizlə danışmağı artıq normal hal sayılmaz..
???? Aşağıdakı şəkilə baxanda fərqli bir obraz görmək normal haldır..Problem onda olar ki, şəkil boş olsun amma orada əcinnə görəsən