Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdə müalicə olunan COVID xəstələrinə 220 min "Dərman paket"i verilib

  • 2022.03.09 15:10
  • 2056 Baxış
Evdə müalicə olunan COVID xəstələrinə 220 min  "Dərman paket"i verilib

Ötən il pandemiya dövründə ambulator yardım xidməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilib.

Medicina.az xəbər verir ki, bu, martın 15-də parlamentdə müzakirəyə çıxarılacaq Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Qeyd edilib ki, koronavirus infeksiyasını asimptomatik və yüngül formalarında ev müşahidəsi təyin edilmiş fərdlərə, eləcə də stasionar müalicədən sonra evə yazılanlara müalicə kursunu tamamlamaq məqsədilə lazım olan dərman vəsaitlərindən ibarət ümumilikdə 220 min qutu (ümumi məbləği 4852,9 min manat) “Dərman paket"ləri təqdim edilib.