Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdə müalicə alan COVID-19 xəstələrinin sayı RƏSMİ

  • 2020.11.24 11:16
  • 1350 Baxış
Evdə müalicə alan COVID-19 xəstələrinin sayı  RƏSMİ

Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, həmin şəxslərin sayı 30 787 nəfərdir.

“2 691 nəfərə yeni diaqnoz qoyulub. Bakı şəhərində 41 COVID-19 məntəqəsi var”, o vurğulayıb.

N. Mürsəlova əlavə edib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.