Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Vitamin kompleksilə təmin olunan COVID-19 xəstələrinin sayı açıqlandı

  • 2020.11.03 14:44
  • 1367 Baxış
Vitamin kompleksilə təmin olunan COVID-19 xəstələrinin sayı açıqlandı
“Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

O, testinin nəticələri pozitiv olan şəxs təcrid olunmasının və onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməklərinin olduqca vacib olduğunu vurğulayıb: “Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Ölkədə evdə müalicə alan 8000-dən artıq COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir”.

Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.