Medicina.az The
Daily Mail istinadən bildirir ki, evdə quraşdırılan soba kaminlərdən çıxan
təhlükəli tüstü yüksək dərəcədə dəm qazı ilə zəngindir. Mütəxəssislər 10 evdə
kaminləri araşdıraraq bu qənaətə gəlib ki, kamini yandırarkən və təmizlənərkən
otağa çoxlu təhlükəli zərrəciklər və maddələr atılır. Kamindən otağa yayılan bu
zərrəciklərin təmizlənməsi üçün otaq ən azı 3 saat havalandırılmalıdır.
Hər bir kamin
yandırılarkəm ətrafa 483 mikroqramm çirkləndirici, hətta zəhərləyici
hissəciklər atılır. İnsan nəfəs alaraq bu zərrəcikləri udur. Bu da
ağciyərlərin, ürək-damar sisteminin işini pozur, yükləyir, immun sistemini
infeksiyalara qarşı zəif edir.
Dəm qazından
başqa, kamin maqnetit adlı nano hissəciklər buraxır. Onlar isə birbaşa beyinə
gedərək, onu zəhərləyir. Gələcəkdə huşsuzluq və Alzgeymer xəstəliyinə səbəb
olan faktorlardan biridir.