Təmizlik bezləri qadınların mətbəxdə ən böyük yardımçılarındandır. Əslində isə bütün tozları üzərinə çəkən bu bezlər sağlamlıq üçün təhlükə mənbəyidir.
Medicina.az xəbər verir ki, endokrinoloji və maddələr mübadiləsi üzrə mütəxəssis Ece Harman, bu təmizlik bezlərinin xərçəng xəstəliyini yarada biləcəyini açıqlayıb.
Mikrofiber təmizlik bezlərinin tərkibində kimyəvi maddə sayılan polyester və elyaf var. Bu maddə sayəsində bezi istənilən incəliyə gətirmək mümkündür. Aparılan araşdırma zamanı isə belə kimyəvi maddələrin xərçəng yaratdığı məlum olub.
Təmizlik bezlərindən əlavə, şampun, oyuncaq, uşaq butulkalarının tərkibində də mövcud olan bu maddələr insanlarda sonsuzluq, depressiya, immun sistemində zəiflik, uşaqlarda isə hiperaktivlik, əqli gerilik və s. kimi xəstəliklərə yol açır.