Evdə
hazırlanmış turşu yeyən qız, 50 gün reanimasiyada qalıb.15 yaşlı
qız evdə hazırlanmış turşu yediyi üçün xəstəxanalıq olub.
Medicina.azxəbər verir ki, Nisanur adlı qızın turşu yedikdən sonra halı pisləşib.
Başı gicəllənməyə,
mədəsi bulanmağa, gözləri qaralmağa başlayıb. Ailəsi bir gün sonra uşağı xəstəxanaya
çatdırıb. Xəstəxanaya
gətirildikdə qızın şüuru açıq vəziyyətdə
olub. Lakin nəfəs alması çətinləşib və onu reanimasiyaya yerləşdiriblər.
Həkimlər
konservləşdirilmiş tərəvəzlərdə"Botulismus antioksidan" maddəsinin olduğunu və qızın da bu səbəbdən
zəhərləndiyini bildirib. Zəhərlənmə səbəbindən tənəffüs iflici keçirən qızın
boynundan kiçik dəlik açılıb.
Nisanur 50 gün boyunca reanimasiyada qalıb və müalicəsi
davam etdirilib. Hazırda onun vəziyyətinin yaxşı olduğu bildirilib.