Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Evdə dəm qazından zəhərlənən mütləq həkim müayinəsindən keçməlidir- Həkim

  • 2021.12.07 17:37
  • 1311 Baxış
Evdə dəm qazından zəhərlənən mütləq həkim müayinəsindən keçməlidir - Həkim

Qış mövsümünün gəlməsi ilə dəm qazından zəhərlənmələrin sayı artıb. Dəm qazı ən çox hamam otaqlarında yaranır. Bəzən zəhərlənən adamı hamam otağından çıxarmaq mümkün olur. Xəstə özünə gəlir və onun qohumları arxayınlaşır ki, bəla onlardan uzaqlaşdı. Çox təəssüf ki, bu çox səhv fikirdir. Çünki, dəm qazından zəhərlənmənin xüsusiyyəti odur ki, o qısa bir müddətdə ikinci mərhələyə keçir və artıq beyin gepoksiyası, toxuma gepoksiyası baş verir və bu xəstələrdə uzun müddət ikincili ağırlaşmalar – fəsadlar olur.

Medicina.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent Dr. İsmayıl Əfəndiyev ARB 24 kanalına danışıb.

Həkim bildirib ki, dəm qazından zəhərlənən şəxslərdə görmə qabiliyyətinin itirilməsi, beyin pozulmaları, iflic, ağır nevroloji zədələnmələr müşahidə edilə bilər:

"Ona görə də, zəhərlənmə zamanı qısamüddətli huşunu itirmə halı baş versə, bundan sonra xəstə tez bir zamanda özünə gəlsə də, mütləq həkim çağırılmalı, onu müayinə etməlidir".