Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Evdə bişirilmiş yemək, meyvə-tərəvəz yeyin, 8 saatlıq yuxu rejiminə əməl edin” – Baş infeksionistdən xüsusi xəbərdarlıq

  • 2020.03.13 21:25
  • 11693 Baxış
“Evdə bişirilmiş yemək, meyvə-tərəvəz yeyin, 8 saatlıq yuxu rejiminə əməl edin”  – Baş infeksionistdən xüsusi xəbərdarlıq

Bu saatlarda Operativ Qərargahın keçirdiyi təcili brinfinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev virusa qarşı immunitetin davamlılığını artırmaq üçün suallara cavab verərkən bunları bildirib.

“ Bu ərəfələrdə yediyimiz qidaların canlı olmasına çalışmalıyıq. Maksimum bol meyvə-tərəvəz yeyilməlidir. Yarımfabrikat qidalar almayın. Bol maye qəbul edin. Evdə bişirilən, yaxşı termiki işlənmədən keçən (qaynadılan, yüksək dərəcədə bişirilən) ev yeməkləri yeyin. Minimum 8 saatlıq yuxu rejiminə riayət edin. Açıq havada, günəş altında, insanlar az olan yerlərdə gəzib hava alın”.