Evə gələndə ayaqqabılarınızı çıxarmaq, gərgin bir günün ardından istirahət etmək üçün ilk addımdır. Ancaq yorğun ayaqlarınızın dincəlməsinə icazə vermək, evdə tamamilə ayaqyalın gəzməyin doğru olduğu mənasına gəlmir.
Medicina.az xəbər verir ki, mütəxəssislər evdə ayaqyalın gəzməyin xoşagəlməz nəticələrə səbəb ola biləcəyini diqqətə çatdırırlar.
Bildirilir ki, döşəmələr təmiz görünsələr də əslində çoxlu zərərli bakteriya və göbələkləri ehtiva edirlər. Döşəməni təzəcə təmizləmiş olsanız belə, bu vəziyyətin qarşısını tamamilə almaq mümkün deyil. Evdə ayaqyalın gəzirsinizsə, sizi xəstə edə biləcək mikroorqanizmlərə məruz qalırsınız. Bunlar ayaq dırnaqlarınızı yoluxdura və onların saralıb kövrəlməsinə səbəb ola bilər.
Yumşaq səthlər ayaqlara daha yaxşı təsir edir. Qapalı məkanlardakı səthlər isə adətən çox sərtdir və burada ayaqyalın gəzmək qeyri-təbii stressə səbəb olur. Nəticədə daban və diz ağrıları yaranır.
Mütəxəssislərin sözlərinə görə, ev başmağı geyinməmək yıxılmaq və xəsarət almaq ehtimalını da artırır. Sərt səthlərdə ayaqyalın gəzmək ağırlığın ayaqlar arasında qeyri-bərabər paylanması ilə nəticələnir ki, bu disbalans da mövcud ayaq ağrısını daha da pisləşdirir. Son nəticədə bu hətta bədənin yuxarı hissələrinə təsir edə, dizlərin və kürəyin zədələnməsinə səbəb ola bilər.
Müntəzəm olaraq ayaqyalın gəzmək yalnız ayaqların və belin ağrımasına səbəb olmur, həm də xoşagəlməz qoxu yaradır. Ayaqyalın gəzənlər ayaq qoxusuna səbəb olan infeksiyalarla daha çox təmasda olurlar.
Aysel