Bir çox yeməyin vaz keçilməzi olan soğan bu dəfə ev təmizliyində xanımların imdadına çatır.
Medicina.az ailem.az istinadən ev təmizliyində soğan möcüzəsi barədə məlumat verir:
1. Metal əşyaların parlaq qalması bir az çətindir. Daim baxıma ehtiyacları var. Bu baxımı soğan suyu ilə edə bilərsiniz. Metal əşyalarınızı soğan suyu ilə sildiyinizdə əşyaların parladığına şahid olacaqsınız.
2. Qaz sobasının üstündə çirkləri və yemək ləkələrini təmizləmək çətin olur. Bu ləkələri bir parça soğan və duzla ovalasanız, ləkələrin asanca çıxdığını görəcəksiniz.
3. Aspiratorunuzu təmizləməkdə çətinlik çəkirsiniz? Yarım soğanın üzərinə bir az qabartma tozu töküb aspiratorunuzu ovalayın. Nəticəsinə siz də təəccüblənəsiniz.
4. Kabab "setkasının” üzərindəki yemək qalıqlarını təmizləmək sizə çətin gəlirsə, bir parça soğanla onu ovun.
5. Daim təmizləməyinizə baxmayaraq, pəncərə kənarlarında yaranan və çıxmayan ləkələrdən şikayətçisinizsə, soğanla ovalamağı sınaqdan keçirin. Soğan ləkələri aradan qaldırmaqla yanaşı böcəklərin evə girməsinin də qarşısını alır.