Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ev şəraitində üz dərisini təmizləməyin yolları

  • 2019.11.02 12:00
  • 8454 Baxış
Ev şəraitində üz dərisini təmizləməyin yolları


Dərinin dərin təmizlənməsi  bir neçə
etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin
tipindən asılı olaraq həyata keçirilir.


 


Medicina.az xəbər verir ki, quru dəriyə nisbətən yağlı
dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin
təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar
vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı
dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər.


 


Dərinin buğa
verilməsi  müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş
hüceyrələrdən təmizləyir. Dərinin buğa verilməsi zamanı qan damarlarının
genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy
vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin
yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır.
Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla
aparmaq lazımdır! Dərinin yüksək həssaslığı və ya məsaməliliyi, həmçinin üzdəki
damarların xroniki genişlənməsi zamanı dərinin buğa verilməsi məsləhət
görülmür.


 


Yaşı 30-dan artıq olan qadınlarda da dərinin buğa verilməsindən
tez-tez istifadə etmək olmaz. Bu yaşda olan qadınlarda dəri özünün təbii
elastikliyini itirməyə başlayır, həmçinin damarlar daha pis daraldığı üçün üz
dərisinin qızarması baş verə bilər.




Sonra termosda 2 litr
qaynar suda 2 xörək qaşığı quru çobanyastığı və ya adaçayı çiçəkləri (quru
dəridə daha çox nanə (yarpız) və ya cökə ağacının çiçəyi məsləhət görülür)
dəmləyin və bir neçə dəqiqədən sonra dəmləməni geniş ləyənçəyə tökün. Daha
sonra ləyənçənin üstündə əyilərək başınızı dəsmalla örtün və bir neçə dəqiqə bu
vəziyyətdə oturun. Quru dərisi olanlarda dərinin buğa verilməsi prosesi 2-3
dəqiqə, qarışıq tipli dərisi olanlarda 5 dəqiqəyədək, yağlı tipli dərisi
olanlarda 10 dəqiqəyədək davam edir. Bu proseduradan sonra dərinizi yumşaq quru
salfet ilə yüngülcə qurulayın.



Əgər hər hansı bir
səbəblərə görə dərinizin buğa verilməsi sizə əks göstərişdirsə, bu halda ilıq
kompreslərdən (38-42o C) istifadə edə bilərsiniz. İlıq kompres ilkin olaraq
təmizlənmiş dəriyə 4-5 dəqiqə ərzində olmaqla qoyulur.



Dərinin buğa verilməsi və
ya ilıq kompres qoyulması proseduradan (və ya duş, vanna qəbul etdikdən) sonra
dərinin pilinqi və ya skrabla təmizlənməsi prosedurası aparılır.



Skrablardan istifadə edilməsi vacib hesab edilir. Çünki dəri hüceyrələri
daimi olaraq təzələnir. Köhnə, ölmüş hüceyrələr xaric edilmədikləri halda üzün
səthində yığılıb qalır. Tədricən dəri səthində başdan-başa ölmüş hüceyrə
pulcuqlarından ibarət təbəqə əmələ gələ bilər. Nəticədə dəri kifayət qədər
oksigen ala bilmir, boz, qeyri-sağlam şəkil alır, onun üzərindəki məsamələr bağlanaraq
sızanaqların, civzələrin və digər iltihab ocaqlarının əmələ gəlməsinə səbəb
olur.




Əlbəttə ki, biz üzümüzü yuduqda, təmizləyici vasitələrdən istifadə
etdikdə ölmüş dəri hüceyrələri pulcuqlarını bir qədər yusaq da, bu, dərinin
onlardan tam təmizlənməsi üçün kifayət etmir.



Dərinin skrablardan istifadə edilməsi ilə aparılan
dərin təmizlənməsindən sonra dəridə maddələr mübadiləsi bərpa edilir, Skrabları həm mağazalardan əldə etmək, həm də ev
şəraitində hazırlamaq olar:



 


- Bir çay qaşığı narın duzu 1 çay qaşığı qida sodası ilə qarışdırın. Onu
nəm əlinizlə götürərək, üzünüzün yaş dərisinə sürtməklə bir neçə dəqiqə ərzində
masaj edin. Sonra üzünüzü
ilıq su ilə yuyun.



- Təzə xiyarın qabığını
soyaraq xırda-xırda doğradıqdan sonra onu sıxmaqla şirəsini ayırın. Sonra 1
xörək qaşığı yulaf yarması ("herkules”) ununu 1 çay qaşığı xırda dəniz duzu ilə
qarışdırın. Alınan qarışığı krem şəkilli forma alana qədər xiyar suyu ilə
qarışdırın. Daha sonra üzərinə bir neçə damla qızıl gülün efir yağını əlavə
edin. Alınan bu skrabı 1-2 dəqiqə ərzində üz dərinizə sürtün və 10 dəqiqə
ərzində üzünüzdə saxlayıb yuyun. Bu skrab tərkibi quru dəri üçün nəzərdə
tutulub.



- Qəhvə üyüdən maşında
ayrı-ayrılıqda olmaqla düyü və qəhvə dənələri üyüdün. Alınan düyü ununu və
üyüdülmüş qəhvəni, hərəsindən 1 çay qaşığı olmaqla, qarışdırın. Sizin üz
dəriniz yağlı və ya qarışıq dəri tipinə aiddirsə, alınan qarışığı 2 xörək
qaşığı kefir və ya yoqurtla durulaşdırın. Normal və quru dərisi olanlarda isə
alınan düyü və qəhvə qarışığını süd və ya 1 xörək qaşığı xama ilə durulaşdırmaq
lazımdır. Sonda alınmış tərkibi skrab şəklində üz dərinizə sürtərək 5-7 dəqiqə
ərzində üzünüzdə saxlayın və sonra yuyun.



- Bir neçə üzüm meyvəsini
qəhvə üyüdən maşında üyüdülmüş üzüm tumları ilə qarışdıraraq alınan tərkibi
skrab şəklində üzün dərisinə sürtün və 10 dəqiqə üzünüzdə saxladıqdan sonra onu
ilıq su ilə yuyun. Bu skrab nəinki təmizləyici, həmçinin cavanlaşdırıcı effekt
də göstərir.





- İstənilən dəri üçün duz
və şəkər tozu qarışığından hazırlanmış skrablardan istifadə etmək olar. Onların
skrabın tərkibindəki nisbəti isə dəri tipindən asılı olaraq dəyişmiş olur. Bu
skrab dərini cilalayaraq onu elastik (möhkəm) və sağlam edir. Duz və ya şəkər
tozunu kosmetik südlə, xama, qaymaq, yağ və ya bal ilə qarışdırmaq olar.
Duz-bal qarışıqlı skrablar həm üz, həm də bədən dərisi üçün (duş qəbul edərkən)
daha xeyirli hesab edilir. Həssas dəri üçün duz və şəkər tozu qarışığından
hazırlanmış skrablardan istifadə edilməsi məsləhət görülmür. Onların təsirindən
dəridə qıcıqlanma yarana bilər.



- Qəhvə üyüdən maşında ərik
tumlarını üyütdükdən sonra onu istənilən qidalandırıcı krem (dəri quru olanda)
və ya nəmləndirici krem (dəri yağlı olanda) ilə qarışdırmaqla əla keyfiyyətli
skrab əldə etmiş olarsınız. Onu soyuducuda saxlayaraq tələb olunduqca istifadə
etmək olar.



- Qəhvə üyüdən maşında
qurudulmuş limon (portağal, qreypfrut, mandarin və ya onların qarışığından da
istifadə etmək olar) qabığını üyütdükdən sonra ondan 1 çimdik götürərək, onu
əlinizdə azca isladın və üz dərinizə yüngül şəkildə sürtün.


 

Ev şəraitində üz dərisini təmizləməyin yolları
Ev şəraitində üz dərisini təmizləməyin yolları
Ev şəraitində üz dərisini təmizləməyin yolları