Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ev şəraitində qaraciyərin təmizlənməsi prosesi

  • 2023.03.09 18:35
  • 3789 Baxış
Ev şəraitində qaraciyərin təmizlənməsi prosesi

İnsan qaraciyəri 30-a yaxın biokimyəvi funksiyanı yerinə yetirən ən vacib orqanlardan biridir.

Qaraciyər xəstəliklərinin əsas səbəbi spirtli içkilərin istifadəsidir. Etil spirti zülalların sintezindən, karbohidratların çevrilməsindən və endogen komponentlərin çıxarılmasından məsul olan qaraciyər hüceyrələrini məhv edir. Buna görə qaraciyər böyüyür və sonra xroniki iltihab görünür.

“Medicina” xəbər verir ki, qaraciyər özünü təmizləməyə qadirdir. Ancaq bir sıra səbəblərə görə bu bəzən uğursuz olur.
Bu gün əksər klinikalar və sanatoriyalar xüsusi proqramlar təklif edirlər. Ancaq bir neçə vacib qaydaya riayət edərək, evdə qaraciyəri təmizləmək olar.


Qızardılmış, çox duzlu, ədviyyatlı və hisə verilmiş qidaları, konservləri, güclü ət bulyonlarını xaric etmək lazımdır. Daha çox tərəvəz və meyvələr, turş süd məhsulları, lakin az yağlı olanlar əlavə edilməlidir.

Maye balansı mütləq tarazlanmalıdır. Gündə ən azı 2 litr su içmək lazımdır. Eləcə də tərəvəz şirələri – çuğundur, kök qaraciyərə müsbət təsir göstərir.

Su prosedurları - hamam və sauna qəbulu zamanı tərləmək bədəndən toksinlərin çıxarılmasında böyük rol oynayır.
Fiziki fəaliyyət - oturaq həyat tərzi ödün durğunluğuna səbəb olur, buna görə idman və fiziki fəaliyyətlə məşğul olmaq vacibdir.

Yuxu rejimi - Qidalanma və fiziki fəaliyyətlə yanaşı, yaxşı yuxu haqqında da unutmaq olmaz. Hər gün eyni vaxtda yatmağa çalışın. 6 -8 saat yuxu cox önəmlidir.

Təmizləmə dövründə E və C vitaminləri, həmçinin antioksidantlar qəbul etmək tövsiyə olunur. Köməkçi maddələrin dozası və istifadə müddəti yalnız həkim tərəfindən təyin edilməlidir.

Günay Q