Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ev şəraitində ayaq döyənəklərindən qurtulmağın ƏN RAHAT YOLU

  • 2018.11.17 13:58
  • 18256 Baxış
Ev şəraitində ayaq döyənəklərindən qurtulmağın  ƏN RAHAT YOLU
Narahat ayaqqabı, piyada çox gəzmək, artıq çəki, ayaqların həddən artıq tərləməsi ayaqda döyənəklərin yaranmasının əsas səbəbləridir. Bunda əlavə, ayaq dərisində olan göbələk infeksiyası, həmçinin ürək-damar sistemi xəstəlikləri nəticəsində də ayaqlarda döyənək yarana bilər. 


Medicina.az bildirir ki, döyənəyin ev şəraitində bir sıra müalicə üsulları var. Bunlardan biri isti sodalı suda 20 dəqiqə vanna etməkdir. Amma bu üsul bir o qədər də işə yaramır. Soda bütövlükdə ayağın dərisini yumşaldır. Nəticə əldə etmək üçün isə bu vannanı 1 həftə ərzində hər gün etmək lazımdır. Bu isə bəzi çətinliklər yaradır. 


Başqa bir üsul isə döyənəyin üzərinə sarımsaq bağlamaqdır. Amma bu üsul bir o qədər də effekt vermir. Çünki gecə boyu döyənəyin üzərində qalan sarımsaq onun ətrafındakı dərini yandırır, döyənəyi bir o qədər də yumşaltmır. Belə olduqda vəziyyət bir qədər pisləşir. 


Döyənəyin üzərinə gecə boyu paltar sabunu bağlamaq üsulu da çoxlarına tanışdır. Bu zaman yenə də döyənəyin ətrafındakı dəri yanır və həm də ayaqlardan piy iyi gəlir. 


Apteklərdə satılan döyənək üçün plastrları isə onun üzərində uzun müddət saxlamaq tələb olunur. Bu isə ayaqqabı geyinərkən narahatlığa səbəb olur. 


Döyənəyin ən yaxşı təmizlənməsi yolu üzərinə salisil turşusu mazı çəkməkdir. Belə ki, üzərini plastrla yaxşıca bağlayaraq səhərə qədər saxlamaq lazımdır. Səhər oyandıqda döyənəyin yumşaldığını, nə dərinin yandığını, nə də pis qoxu gəldiyini görəcəksiniz. Bu vasitədən rahatlıqla istifadə edə bilərsiniz. 

 

Arzu

Medicina.az