Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ev itində koronavirus aşkarlandı - Karantində qalacaq

  • 2020.02.29 10:22
  • 2648 Baxış
Ev itində koronavirus aşkarlandı -   Karantində qalacaq
Çinin Honq Konq bölgəsində ilk dəfə ev heyvanında koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, “The new York Post” Çinin Kənd Təsərrüfatı, Balıqçılıq və Təbiəti Mühafizə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən məlumat verib.

Məlumatda bildirilir ki, koronavirus daha əvvəl yoluxmuş sahibindən itə keçib.
İtin Honq Konq limanında heyvanlar üçün xüsusi otaqda karantində saxlanıldığı qeyd edilib.

Alimlərin fikrincə, hazırda heyvanların insanlardan virusa yoluxub-yoluxa bilməyəcəyi məlum deyil.

İt sağalana qədər karantində saxlanılacaq.