Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ev işi görmək ölüm riskini azaldır - İnanılmaz nəticə

  • 2017.11.21 11:44
  • 15237 Baxış
Ev işi görmək ölüm riskini azaldır -  İnanılmaz nəticə
Gündəlik işlərdən sayılan və adətən sevilməyən paltar və qab yumaq səhhətə müsbət təsir göstərir.


Medicina.az xəbər verir ki, bunu Amerikada parılan araşdırma təsdiq edib. Alimlərin açıqlamalarına görə, bu işlər həmçinin ölüm riskini azaldır.

Araşdırmada 65 və 90 yaşları arasında 6 min qadın iştirak edib. İştirakçıların gördüyü işlər "hərəkət qəbuledici” adlanan cihazla bir həftə ərzində izlənilib. Sonrakı müddətdə isə həkimlər həmin pasiyentlərin səhhətinə 3 il ərzində nəzarət edib.


Nəticə isə inanılmaz olub.


Gündə ən az 30 dəqiqə paltar və qab yumaq kimi işləri görən insanlarda ölüm həddinin hərəkətsiz yaşayış tərzinə sahib olanlardan 12 faiz az olduğu məlum olub.