Hər bir evdə və bağda, eləcə də maşında tibbi çanta olmalıdır. Çünki həyat şəraiti bəzən həkimə qədər yardımda insanın özünün özünü xilas etməsi məqamlarını yaradır.
Medicina. az ev aptekində sizə lazım olacaq əsas dərmanlar və tibbi ləvazimatların siyahısını təqdim edir:
-Nurofen, ibuprofen, parasetamoldan biri – yüksək hərarətdə
-Papaverin, No-şpa – ağrılar, sancılar və əl ayaq donmasında
-Hidrogen peroksid, bint, bakterisid yara plastırı – yaranı təmizləmək və bağlamaq üçün
-Pentalgin - ağrılarda
-Smekta, enterol – ishalda
-Aktivləşdirilmiş kömür- köp, zəhərlənmə, bulantı və bağırsaqların viruslu xəstəliklərində
-Regidron – zəhərlənmə, qarın ağrısı, diareya
-Validol – ürək sancılarında
-Bronxikum – öskürəkdə
-Kameton – boğaz ağrısında
-Festal – mədədə, qarında köp və ağırlıq zamanı
-Çikloferon – qrip və soyuqdəymədə
-Zirtel, fenistil – allergiyalarda
-Xardal plastırları – soyuqdəymə, qrip və bronxitlərdə
-Kornoregel – gözlərdə yorğunluq, sulanma, konyuktivitdə
-Badyaqa mazı – bədəndə göyərmə, əzilmədə
-Voltaren gel - əzələ dartılması
-Levomekol maz – yanıq, yara, həşərat dişləməsində
-Pantenol – yanıqlarda aerozol
-Spirt, yod, pambıq, bint, termometr, pipetka, tibbi qayçı
Aygün Musayeva