Pandemiya dövründə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 26 işçisi koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bunu nazirliyin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli "facebook" üzərindən yayımlanan Ekspert saatı verilişində deyib.
Onun sözlərinə görə, həmin şəxslər xəstəxanada və ev şəraitində müalicəsin bitirib: "Bir nəfər isə vəfat edib".