Yay gələndə göyərtili qatıqlı, xiyarlı doğramac yay şorbası kimi gündə hazırlanır.
Amma doğramac, rusların okroşka dedikləri bu təamın onlarla fərqli növü var.
Ukrayna və Rusiyada onu mal ətindən hazırlayırlar. Çox dadlı, tutumlu, xüsusən kişilərin sevdiyi növdür.
Ərzaqlar:
Mal əti – 200 qr
Kartof – 2 ədəd
Qırmızı turp – 4 ədəd
Xiyar – 1ədəd
Yumurta -2 ədəd
Yaşıl soğan, şüyüd, cəfəri – Yarım dəstə hərəsindən
Qatıq, xama
Su – 1 stəkan
Duz, istiot
Hazırlanması:
Ət, yumurta, kartof suda bişirilir, soyudulur. Ət ya kubik doğranılır, ya da didilir. Xiyar qabığı soyulur, qırmızı turpla birgə xırda kub doğranılır. Göyərtilər xırdalanır. Hamısı bir qabda birləşdirilir, duz, istiot səpilir. Ayrıca qatıq qarışdırılır, üzərinə 1 stəkan su alınır və xama qatılır. Ərzaqlar bura əlavə olunur, taxta qaşıqla bir iki dövr qarışdırılır.
Ruslar bunu soyuq kvasla hazırlayır. Ortasına xama qoyur.
Çox dadlıdır, bütün ailə üçün doyumludur.