Ətirli şamlar dizel mühərrikləri qədər hava çirkliliyi yarada bilirlər.
Medicina.az xəbər verir ki, ABŞ və Almaniya alimlərinin apardığı araşdırmada müəyyən edilib ki, ətirli şamlar və buna bənzər məhsulların buraxdığı uçucu üzvi birləşmələr (VOC) ozonla qarşılıqlı əlaqəyə girərək nanoskopik hissəciklər əmələ gətirir.
Bu hissəciklər ağciyərlərə nüfuz edəcək qədər kiçik olduqları üçün sağlamlıq riski yaradır. Bu cür incə hissəciklər ürək və tənəffüs xəstəlikləri ilə əlaqəli ola bilər.
Kiçik bir ev mühitində aparılan təcrübələrdə, ətirli şamların yanma prosesi olmadan da yüksək miqdarda uçucu birləşmələri havaya buraxdığı müəyyən edilib.
Tədqiqatçılar 20 dəqiqə istifadə etdikdən sonra milyardlarla nanohissəciklərin tənəffüs sisteminə daxil ola biləcəyini burğulayıblar.
Araşdırma Environmental Science & Technology Letters jurnalında dərc olunub.
Aygün
Medicina.az