Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ətirin qalıcı olması üçün nə etməli? - DİQQƏT

  • 2019.11.02 13:00
  • 19361 Baxış
Ətirin qalıcı olması üçün nə etməli? -  DİQQƏT

Vurduğunuz ətrin üzərinizdə qalmadığına təəccüblənirsinizsə, demək ondan düzgün istifadə etmirsiniz.


Medicina.az istifadə etdiyiniz ətrin bütün günü üzərinizdən ətrafa qoxu saçması üçün bəzi məsləhətləri təqdim edir:



Dərini nəmləndirin 


Ətir yağlı dəridə uzun müddət qalır. Ona görə də ətri vurmazdan əvvəl dərinizə nəmləndirici krem sürtün. Xüsusilə də ətrinizə uyğun olan lasyonla birlikdə vursanız qoxu daha uzunmüddətli olacaq.


Düzgün yerlərə vurun 


Ətir bədənin isti olan yerlərinə vurulduqda qoxusu daha da yayılır. Ona görə də onu ən çox nəbzin vurduğu hissələrə, yəni qanın dəri səthinə daha yaxın olduğu nahiyyələrə tökün. Ətir daha çox biləklərə, qulaqların arxasına, boyun nahiyyəsinə, dizlərin arxasına və dirsəklərə səpilir.



Ətri darağa vurun 


Heç vaxt ətri saçlarınıza vurmayın, çünki tərkibində spirt var və çox dəyərli saçlarınızın qurumasına və korlanmasına səbəb olur. Saçlarınızın ətirli olmasını istəyirsinizsə ya saçlarınız üçün xüsusi ətirdən istifadə edin, ya da ətri darağa səpib gözləyin ki, spirt uçsun. Daha sonra ziyan vermədən saçlarınızı darayın. Bu üsulla saçlarınız zərər görmədən çox ətirli olacaq.


Düzgn ətri seçin 


Ətir və tualet suyu  eyni şey deyil. Halbuki əksəriyyətimiz bu barədə heç düşünmürük. Ətrin tərkibində 20-40% aromatik yağ  olur, ona görə də daha çox üzərimizdə qalır. Ətir suyunda (Eau de Parfum) 10-20%, tualet suyunda (Eau de tualet) 10%, bədən spreylərinin tərkibində isə 1-3% aromatik yağ olur. Gündəlik istifadə üçün yaxşı olar ki, ətir suyunu seçin. Lakin parfümünüzü özəl günlər üçün saxlayın.


 

Yaxşı olar ki, ətri barmaqlarınızın ucu ilə nəbzin vurduğu yerlərə sürtəsiniz. Amma ətir və tualet suyunu isə havaya sıçradıb həmin ətir damcılarının arasından keçin.



Ətri düzgün vaxtda vurun


Ətri vurmağın ən gözəl vaxtı duş qəbul etdikdən dərhal sonra və ya paltarı geyinməzdən əvvəldir. Bu zaman bədəninizdəki nəmlik ətrin yayılmasına kömək edir.


Tərkibinə baxın


Ətrin qalıcılığı təkcə aromatik yağların konsentrasiyasından deyil, həm də tərkib hissəsindən asılıdır. Ən qalıcı qoxular şərq, bitki və oduncaqdan hazırlanan ətirlərdir. Meyvə qoxulu ətirlər isə tez yox olur, burda diqqətli olun!

Ətirin qalıcı olması üçün nə etməli? -  DİQQƏT
Ətirin qalıcı olması üçün nə etməli? -  DİQQƏT
Ətirin qalıcı olması üçün nə etməli? -  DİQQƏT