Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çətin doğuş təkrar hamiləliyə mane ola bilərmi? - Ginekoloq rəyi

  • 2017.10.10 15:46
  • 22758 Baxış
Çətin doğuş təkrar hamiləliyə mane ola bilərmi? -  Ginekoloq rəyi
Bəzən qadınlar ilk hamiləlikdən sonra təkrar hamilə qala bilmirlər. Hətta bunun üçün illərlə müalicə alanlar olur. Qadınlar əksər zaman bunu ilk doğuşlarının çətin keçməsi ilə əlaqələndirirlər.

 

Mövzu ilə bağlı Medicina.az-ın suallarını ginekoloq Firuzə Cəfərzadə cavablandırıb.


"Təbii doğuş orqanizm üçün faydalıdır. Çətin doğuşdan sonra bəzən uşaqlığın yırtılması kimi problemlər yaşanır. O zaman belə qadınlara təkrar hamiləlikdə ehtiyatlı olmağı tövsiyə edirik”, -  deyə F. Cəfərova bildirib.


Doğuşdan sonra uşaqlığıın ölçülərinin genişləndiyini deyən ginekoloq təkrar hamilə qala bilməməyin səbəblərini açıqlayıb: "Çətin doğuş uşaqlığın kiçilməsinə səbəb deyil və təkrar hamiləliyə mane ola bilməz.  Ağır infeksiya səbəbli iltihabi proses baş verərsə, uşaqlıqda yapışqanlıq meydana gələ bilər ki, buna sinexiyalar deyilir. Bu hal təkrar hamilə qalmağa problem yarada bilər”.


Normal gedən doğuşun elə böyük fəsadlarının olmadığını vurğulayan F. Cəfərova,  doğuş zamanı və ya sonra qanaxmalar baş verərsə bu zaman problemin yarana biləcəyini qeyd edib: "Risk faktorları sırasına ciftin gəlişi ya da vaxtından öncə ayrılmağını aid edirik ki, bu da ana üçün həyati təhlükə deməkdir.  Uşağın ölçüsü ilə ananın çanağı uyğun olmadıqda, uzanmış doğuş və ya sürətli doğuş olduqda da problem yaşana bilər. Bu hallar isə daim ginekoloqun nəzarəti altında həll edilməlidir”.

 

Şəhanə Quliyeva